Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Qazprom”a satış qadağası

6889Avropa Komissiyası Rusiyanın “Qazprom” dövlət şirkətinə Avropa İttifaqında rəqabətliliyi pozduğuna görə bu gün qərarını açıqlayacaq.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, ekspertlər deyiblər ki, elan olunacaq ittihamlar Avropa İttifaqının Moskva ilə Qərb arasında gərginliyi daha da artırmasına yol açacaq. Rəsmi Brüssel üç ildir “Qazprom”a qarşı 3 əsas faktı araşdırır.

Belə ki, şirkət bəzi ölkələrin aldığı qazı yenidən ixrac etməsinə mane olur, qazın qiymətini neftin qiyməti ilə əlaqələndirir və rəqib təchizat mənbələrini əngəlləyir. Bəzi ölkələr Rusiya şirkətini süni qiymət artımında günahlandırır.

Gözlənir ki, AB Gazprom-u dominant mövqedə olduğu Orta və Şərqi Avropa qaz bazarlarına rəqabətə mane olmaqda ittiham edəcək.

Aİ-dən bildirilib ki, Avropa Komissiyası Rusiyanın Ukraynaya müdaxiləsinə görə gərginləşmiş münasibətləri daha da pisləşdirməmək üçün ittihamları təxirə salırdı. “Qazprom”un ittihamları cavablandırmağa 12 həftəsi var və məsələni Aİ rəsmiləri ilə həll edə bilər. Komissiya bu şirkətin ümumi satışına 10 faiz qadağa qoya və ya biznes fəaliyyətində dəyişikliklər göstərişi verəcək.

Xatırladaq ki, Rusiya Avropa İttifaqına lazım olan təbii qazın üçdə birini verir və bunun yarısı Ukrayna kəmərlərindən keçir.

www.yenicag.az

214