!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələ Festivalında “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti oldu - FOTOLAR

!Reklam – Yazi

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Konqres Mərkəzində “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti olub.

Yenicag.az xəbər verir ki, konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları: pianoçular Tamilla Axadova (bəstəkar), Nərminə İsmayılova, Cəmalə Abdinzadə, vokalçı Çinarə Əzimova (soprano), fleyta ifaçısı Mirxalid Məmmədzadə, skripkaçı Humay Hacızadə, kamança ifaçısı Aytən Rüstəm, skripka ifaçısı Aytən Rüstəmli iştirak ediblər.

Musiqiçilərin parlaq və emosional çıxışları toplaşan tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılanıb.

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv