!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” finala yüksəldi

!Reklam – Yazi

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Səbail”lə “Qəbələ” arasında baş tutub.

Bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda meydan sahibləri qələbə qazanmışdılar. Cavab görüşündə “Qəbələ”yə finala vəsiqə qazanmaq üçün heç-heçə də yetərli idi. “Səbail” isə tarixində ilk dəfə finala çıxmaq üçün mütləq inamlı qələbə lazım idi. Amma cavab görüşü də əyalət təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə ikinci finalçı “Qəbələ” olub.

Xatırladaq ki, daha öncə “Turan Tovuz”u iki oyunun nəticəsinə (2:0, 0:1) görə üstələmiş “Neftçi” finala yüksəlmişdi.

Kubokun həlledici oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunu
27 aprel

“Səbail” – “Qəbələ” 0:1
Qol: İsnik Alimi, 49-pen.
Qırmızı vərəqə: Vüqar Həsənov, 47. Qustavo de Fransa, 90+2. Adil Nağıyev, 90+4.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı. “ASCO Arena”, 20:00.
İlk oyun – 2:3

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv