!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” növbəti mərhələyə keçdi

!Reklam – Yazi

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” çempionlar yolunun 1-ci mərhələsinin cavab görüşündə “Puşkaş Akademiyası” ilə üz-üzə gəlib.

Qəbələdəki ilk qarşılaşmada 1:1 hesablı heç-heçə ilə kifayətlənən Famil Xəlilovun başçılıq etdiyi komanda Macarıstanda rəqibinə minimal hesabla qalib gəlib.

Matçın taleyini bir qol həll edib. Səfər görüşünü fəal keçirən “Qəbələ” istəyinə ikinci hissədə çatıb. Kənan Baxışov 56-cı dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb. 1:0 hesabı ilə qələbə qazanan komanda 2-ci mərhələyə yüksəlib.

“Qəbələ” növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin qalibi ilə üz-üzə gələcək. 2-ci mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə təmsilçimiz mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv