!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” qanalı hücumçunu transfer etdi

!Reklam – Yazi

“Qəbələ” komandası növbəti transferini gerçəkləşdirib.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” qanalı hücumçu Samuel Tetteni heyətinə qatıb.

27 yaşlı forvardla 2 mövsümlük müqavilə imzalanıb.

Futbolçunun son klubu Türkiyə “Adanaspor”u olub. 2021-ci ildən qardaş ölkə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib.

Tette karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Zaltsburq” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarının şərəfini qoruyub.

Qeyd edək ki, Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv