!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” “Qarabağ”ı, “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. “Köhlən atlar” 62 xalla liderdir. Meydan sahibləri 32 xalla 5-ci pillədə qərarlaşıb. Tərəflər indiyədək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər. Bunların 10-da “qırmızı-qaralar”, 31-də Ağdam təmsilçisi meydanı üç xalla tərk edib. Topların nisbətində də “Qarabağ”ın aşkar üstünlüyü var – 87:43.

Tura “Turan Tovuz” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Tovuz klubu 26 xalla 6-cı, “ağ-qaralar” 49 xalla üçüncü sıradadır. Komandalar bu vaxtadək iki dəfə qarşılaşıblar. Bunların 1-də bakılılar qələbə qazanıbsa, digər matç heç-heçə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

XXV tur

5 mart (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”

Qeyd edək ki, turun “Zirə” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 2:2. “Sumqayıt” “Səbail”i 1:0, “Sabah” isə “Kəpəz”i 2:0 hesabı ilə üstələyib./Report/

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv