!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələ sakinləri qaz problemilə bağlı məsul şəxslərə müraciət etdilər

!Reklam – Yazi

Vətəndaşların qaz təchizatında üzləşdikləri problemlərin həlli istiqamətində həyata keçirilən “Açıq mikrofon” aksiyası növbəti dəfə Qəbələ sakinlərinin ixtiyarında olub.

“Azəriqaz” İB-dən Yenicag.az-a verilən məlumata görə, mikrofon önünə keçən sakinlərdən 4-nün müraciəti fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasından ibarət olub.

Zarağan qəsəbə sakini Elnur Zeynalov yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş edib. Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsinin sakinləri isə küçə qaz xəttinin çəkilməsini istəyib.

Qeyd edək ki, Yenicag.az olaraq Qəbələ rayon sakinlərinin qaz problemini bir neçə dəfə işıqlandırmış, Rayon İcra Hakimiyyəti səviyyəsində məsələyə münasibət bildirilməsini təmin etmişik. Lakin 2 ildən çoxdur problem həllini tapmır.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv