!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” “Səbail”i darmadağın etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Yenicag.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası “Səbai”i qəbul edib.

Qarşılaşma əyalət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.

İki dəqiqə sonra “Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. Əlavə olunmuş birinci dəqiqədə Rafael Utriq topu paytaxt klubunun qapısından keçirib, 90+4-ci dəqiqədə isə İsnik Alimi matçda son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Qəbələ” birinci pilləyə yüksəlib. “Səbail” isə hələlik 6 xalla üçüncüdür.

Qeyd edək ki, günün digər oyununda “Zirə” “Sabah”ı qəbul edəcək. Sentyabrın 19-da “Neftçi” “Keşlə” ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq./Report/

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv