!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” “Səbail”i məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Yenicag.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın ilk qolunu 78-ci dəqiqədə Ülvi İsgəndərov vurub.

Bundan iki dəqiqə sonra “Qəbələ”nin kapitanı Asif Məmmədov zədələndiyi üçün əvəzlənib. Onun yerinə meydana Emil Səfərov daxil olub.

90+7-ci dəqiqədə İsnik Alimi qarşılaşmada son nöqtəni qoyub. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Qəbələ” ikinci pillədə qərarlaşıb. “Səbail” isə 11 xalla sonuncu – 8-ci sırada qalıb.

Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Keşlə”ni qəbul edəcək. XVI turun “Zirə” – “Sabah” matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” oyunu mayın 12-nə təxirə salınıb.

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv