!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qəbələ şəhər stadionu qardan təmizləndi

!Reklam – Yazi

Qəbələ şəhər stadionunun ot örtüyü gecədən səhərədək iki dəfə qardan təmizlənib.

Yenicag.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki idman şöbəsinin müdiri Elgiz Abbasov məlumat verib.

PFL rəsmisi ot örtüyünün nəzarətdə olduğunu bildirib: “Hazırda hava yaxşıdır və qar yağmır. Bir azdan stadionda xətlənmə olacaq. Ümumi durum da normaldır. Görüşün planlaşdırılan vaxtda başlayacağına ümid edirik”.

Qeyd edək ki, ötən gün “Qəbələ” və “Zirə” komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur oyunu qara görə təxirə salınıb. Qarşılaşma bu gün saat 12:30-da qaldığı yerdən – 65-ci dəqiqədən davam etdiriləcək.

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv