!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qəbələ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ

!Reklam – Yazi

“Qəbələ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Yenicag.az xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda Kiprdə “Omoniya”ya 1:4 hesabı ilə uduzan “qırmızı-qaralar” turnirlə erkən vidalaşıb.

Matçda ilk qolu meydan sahibləri vurublar. 5-ci dəqiqədə Roman Bezus hesabı açıb. Ukraynalı futbolçu 29-cu dəqiqədə dubl edib. 10 dəqiqə sonra Adam Lanq 3-cü topu “qırmızı-qaralar”ın qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.

“Qəbələ” ikinci yarıya qolla başlayıb. 56-cı dəqiqədə Ahmed Ayzaya uzaq məsafədən baxımlı zərbə ilə fərqi azaldıb. Buna baxmayaraq, cəmi 3 dəqiqə sonra Villi Semedu Azərbaycan təmsilçisini 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qeyd edək ki, bu komandaların ilk dualindən də “Omoniya” qalib ayrılmışdı – 3:2./Report/

***

“Qəbələ” 39-cu dəqiqədə üçüncü topu öz qapısında görür.

***

Bezus 30-cu dəqiqədə penaltidən dubl edir.

***

5-ci dəqiqədə meydan sahibləri hesabı açıb. Roman Bezus fərqlənib.

***

Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu start götürüb.

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv