!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

!Reklam – Yazi

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna gətirilib.

Yenicag.az xəbər verir ki, şəhidin nəşi rayonun Qəmərvan kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Asim Nadir oğlu Səfərov 1975-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. O, 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

A.Səfərov Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv