!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdə sakinlər şəxsi mülk ərazisində olan quyudan istifadə edə bilmirlər - VİDEO

!Reklam – Yazi

Qəbələnin Vəndam qəsəbəsində artezian quyusu şəxsi mülkiyyətdə olan torpaq sahəsində yerləşir. Sakinlər iddia edirlər ki, mövcud vəziyyətə görə quyudan istifadə edə bilmirlər.

Yenicag.az xəbər verir ki, Qəsəbədə 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində həyata keçirilən aqrar islahat zamanı dörd artezian quyusu əmlak kimi bələdiyyəyə təhvil verilib. “Kənd ayağı” deyilən məhəllədə olan artezian quyusunun yerləşdiyi ərazi isə şəxsi mülk kimi Abil Həşimova verilib. Həmin vətəndaş torpaq sahəsini hasara alıb. İddialara görə, quyunun şəxsi mülkiyyətdə olan ərazidə yerləşməsi su ilə təchizatda problemlər yaradır.

Sakinlər iddialər edir ki, torpaq sahibi ərazidən istifadəyə icazə vermir, quyunun işə salınması üçün mühərrik və digər avadanlıqları da bu səbəbdən təmir edə bilmirlər.

Abil Həşimov isə artezian quyusunun onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini bildirib, su ilə təminat məsələsində digər sakinlərin iddialarını əsassız hesab edib.

Daha ətraflı videomaterialı təqdim edirik:

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv