!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ”nin heyətinə qatmaq istədiyi futbolçulardan ikisi bəlli oldu

!Reklam – Yazi

“Qəbələ”nin yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan ikisi bəlli olub.

Yenicag.az-ın məlumatına görə, Konfrans Liqasında mübarizə aparacaq bölgə təmsilçisi “Kəpəz”in futbolçuları ilə maraqlanır.

“Qırmızı-qaralar” Gəncə klubunun aparıcı oyunçuları olan Ahmed Ayzayanı heyətinə qatmağı planlaşdırır. Elmar Baxşıyevin sərəncamında görmək istədiyi digər futbolçu isə artıq “Kəpəz”lə müqaviləsi başa çatan Mate Kvirkviyadır. Tiflis və Batumi “Dinamo”sunun sabiq üzvünün “Qəbələ”yə keçməyə razıdır. Legionerlərin keçidinin baş tutması maliyyə məsələlərindən asılıdır.

Qeyd edək ki, Azərbaycan kubokunun finalından sonra istirahətə buraxılan “Qəbələ”nin əsas komandası hazırlıq prosesinə iyunun 24-də start verəcək.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv