!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbiristanlıqda HADİSƏ: 19 yaşlı qız kişini bıçaqladı - YENİLƏNDİ

!Reklam – Yazi

Mingəçevirdə 19 yaşlı qızın 42 yaşlı kişini qəbiristanlıqda bıçaqlamasının təfərrüatı məlum olub.

Yenicag.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Eyvazova Tünzalə Ariz qızı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəbiristanlıq ərazisində bıçaqla 1980-ci il təvəllüdlü Şəvəndiyev Nizami Qasım oğlunun qarın boşluğuna bıçaqla xəsarət yetirib.

T.Eyvazovanın yeri müəyyən olunaraq saxlanılıb və onun izahatı alınıb. Məlum olub ki, 19 yaşlı qızla 42 yaşlı kişi arasında yaxın münasibətlər olub. Sonradan onların münasibətləri pozulmağa başlayıb. Gecə saatlarında N.Şəvəndiyevi qəbiristanlığa çağıran T.Eyvazova mübahisə zəmnində onu bıçaqlayıb. Nizami Şəvəndiyev ailəli olub.

Faktla bağlı araşdırma aparılır.

*** 12:06

Mingəçevirdə 19 yaşlı qız kişini bıçaqlayıb.

Yenicag.az xəbər verir ki, hadisə iyulun 26-da Mingəçevir
kənd qəbiristanlığı ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Eyvazova Tünzalə Ariz qızı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəbiristanlıq ərazisində bıçaqla Şəvəndiyev Nizami Qasım oğlunun qarın boşluğuna bıçaqla xəsarət yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv