!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbiristanlıqdan oğurluq edən qardaşlar saxlanıldı - FOTO

!Reklam – Yazi

Daşkəsəndə qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əmirvar kənd qəbiristanlığından oğurluq etməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Mətləb Əkbərov, Gəncə şəhər sakinləri olan qardaşlar Röyal və Hafiz Ocaqvediyev müxtəlif vaxtlarda kənd qəbiristanlığındakı bir neçə qəbirin dəmir barmaqlarını oğurlayıblar.

Şübhəli şəxslər saxlanılıblar, araşdırmalar davam etdirilir.

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv