!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbul imtahanı: Abituriyentlər bu qrupa axın edirlər

!Reklam – Yazi

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat davam edir.

Yenicag.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 31 mindən çox abituriyent qeydiyyatdan keçib.

Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 10088 nəfər bu qrup üzrə müraciət edib.

II ixtisas qrupu üzrə 9870 nəfər, III qrup üzrə 9318 nəfər, IV qrup üzrə isə 2608 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin böyük hissəsini – 28470 nəfəri Azərbaycan bölməsi, qalanını rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.

www.yenicag.az

108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv