!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbul imtahanları ərəfəsində gözlənilən SÜRPRİZLƏR: “Birinci və ikinci ixtisas qruplarından fərqli olaraq…”

!Reklam – Yazi

“Düşünürəm ki, bu il İT yönümlü ixtisaslarda rəqabət mühiti özünü daha çox göstərəcək”.

Bu fikirləri qəbul imtahanlarında ixtisas qruplarında ildən-ilə artan rəqabət və ehtimal olunan dəyişikliklər haqda danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət sifarişli plan yerlərinin artırılması abituriyentlərə əlavə motivasiya verir:

“Qəbul imtahanlarına artıq sayılı günlər qalıb. Bu il qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayında artımla bağlı rekord nəticə qeydə alınacaq. Ötənilki imtahanlarda dövlət sifarişli yerlərin sayının artırılması müsbət rəqabətə gətirib çıxarmışdı. Xüsusilə, birinci və ikinci ixtisas qruplarında dövlət sifarişli plan yerlərinin artırılması abituriyentlərdə xüsusi motovasiyaya səbəb oldu.

Dövlət sifarişli yerlərin artırılması xüsusi monitorinqlərin, tələb-təklif prinsiplərinin şərtləri əsasında həyata keçirilir. Məsələn, birinci ixtisas qrupu üzrə dövlət sifarişli yerlər daha çox İnformasiya Texnologiyaları əsaslı ixtisaslarda – kompyuter mühəndisliyi, kompyuter elmləri, informasiya təhlükəsizliyi istiqamətində olan plan yerlərinin sayında artım müşahidə edildi.

Çünki dövlət gələcəkdə bu kimi ixtisaslara daha çox tələbatın olduğunu nəzərə alaraq, həmin ixtisaslarda təhsil alan tələbələrin təhsil haqqını öz üzərinə götürməkdə maraqlıdır. Birinci və ikinci ixtisas qrupundan fərqli olaraq, ötən il üçüncü ixtisas qrupunda, xüsusilə, pedoqoji yönümlü ixtisaslarda dövlət sifarişli plan yerlərinin sayı azaldıldı. Bu da əmək bazarında müəllimlərin sayının kəskin artması ilə bağlı ola bilər.

Cari ildə də əvvəlki illərə yaxın mənzərənin şahidi olacağıq. Fikrimcə, bu il də birinci və ikinci ixtisas qruplarında dövlət sifarişli yerlərin sayının artırılması gözlənilsə də, üçüncü qrupda bu tam əksinə ola bilər. Düşünürəm ki, bu il İT yönümlü ixtisaslarda rəqabət mühiti özünü daha çox göstərəcək. Dördüncü və beşinci ixtisas qruplarında hər il vəziyyət stabil qalsa da, üçüncü ixtisas qrupunda dövlət sifarişli plan yerlərin azaldılması pedoqoji yönümlü ixtisaslarda rəqabəti daha da gücləndirəcək”.

İsmayıl Bakuvi

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv