!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbul imtahanları ilə bağlı inanılmaz iddia

!Reklam – Yazi

Martın 3-də keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərin sayındakı artım bir sıra fərqli iddiaların ortaya atılmasına səbəb olub. Bu iddialardan biri də odur ki, abituriyentlərin xaricə üz tutmasının qarşısını almaq üçün ölkədəki universitetlərə qəbul şərtləri asanlaşdırılır. Həmin iddia belə bir məsələni gündəmə gətirib ki, ali təhsil müəssisələrinə qəbulun asanlaşdırılması tələbələr arasında savadsızlığa yol aça bilərmi?

Mövzu haqda “Yeni Sabah”a danışan təhsil eksperti Cahid İmanlı bir sıra məqamları diqqətə çatdırıb:

“Qeyd edim ki, 3 martda keçirilən buraxılış imtahanında 52267 nəfər şagirdin iştirakı nəzərdə tutulurdu ki, onlardan 474-ü imtahana gəlməmiş, 16 nəfərin isə imtahan nəticəsi ləğv edilmişdir. Biliyi qiymətləndirilən 51777 nəfər şagirddən 14 nəfəri ən yüksək nəticə olan 300 balı toplamışdır. Bu da sosial şəbəkələrədə, müxtəlif platformalarda “bu il buraxılış imtahanı asan oldu” fikrini formalaşdırdı. Səslənən fikir düz olsa da əslində buraxılış imtahanı, yəni ümumiyyətlə ali məktəbə qəbul imtahanı hələ də “çətinləşdirilmiş”, hətta deyərdim ki, şagirdlərin təhsil hüququnu pozan ən ağır “akt”lardan biridir. Yuxarıda verdiyim rəqəmlərlə bağlı bir müqayisə aparaq. Biliyi qiymətləndirilən 51777 şagirddən 14-nün maksimal bala cavab verməsi bilirsinizmi nə deməkdir? Hər 7248 şagirddən bir şagird! Məncə bu şagirdlərin məktəbdə aldığı tədrislə imtahan sualları arasında bir uçurumun olduğunu göstərir”.

Ekspert bildirib ki, məktəb dərslərində tələblər sadə, buraxılış imtahanlarında isə daha sərtdir:

“Hər il onlarla azərbaycanlı gənc xarici universitetlərin təqaüd proqramını qazanırlar. Necə olur ki, buraxılış imtahanında cəmi 14 nəfər 300 bal toplayır, bu rəqəm keçən il hətta sıfıra bərabər idi. Halbuki nüfuzlu xarici universitetlərə də oxumağa layiq bilinən tələbələrimizin sayı bundan dəfələrlə çoxdur. Bütün deyilənlər buraxılış imtahanlarının daha da sadələşdirilməsinin vacib olduğunu əsaslandırır. Belə olduqda Azərbaycan ali təhsil müəssisələrinə qəbul olanların sayı da artacaq, əksinə daha az balla xaricdə təhsil arxasınca getməyə ehtiyac qalmayacaq. Məsələnin digər tərəfi də var, ali təhsil sistemini elə qurmaq lazımdır ki, daxil olmaq asan, bitirmək çətin olsun. Burada çətin deyəndə, ali təhsil müəssisələrinin proqramı mənimsəməyən tələbələrinə diplomların verilməsi məsələsində də islahatın aparılması nəzərdə tutulur. Təsəvvür edin ki, 1- ci sinifə uşaq qəbul etmirik ki, sənin savadın yoxdur. Axı biz uşağa savad vermək üçün məktəblərə dəvət edirik. Universitetlər də qəbulu təxmini bu prinsiplə aparmalıdır”.

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv