!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbulun statistik göstəriciləri açıqlandı - CƏDVƏL

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələri haqqında statistik göstəriciləri açıqlayıb.

Mərkəzdən Yenicag.az-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 17 359 bakalavrdan 13 286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Qəbul olunanlardan 5 981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9 745 nəfər ali təhsil müəssisələrinin cari, 3 541 nəfər isə əvvəlki illərin məzunudur.

Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 14 038 yerin 94,64%-i dolub. Bu, son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88,63%, 2021-ci ildə isə 92,95% olub.

Magistraturaya qəbul 71 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, neft-qaz mühəndisliyi, gəmiqayırma, istehlak mallarının ekspertizası, fövqəladə hallar, hava nəqliyyatı, pedaqogika, mexanika, biologiya, torpaqşünaslıq və aqrokimya, filologiya, sosiologiya, psixologiya, balıqçılıq, bədən tərbiyəsi, MBA, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlükəsizliyi, çox işlənən malların texnologiyası və aktyor sənətinə uyğun olan 2, 7, 21, 24, 25, 27, 30, 34, 35, 38, 42, 48, 52, 54, 57, 60, 71, 72, 74 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı istilik energetikası, dəmiryol nəqliyyatı, dağ-mədən mühəndisliyi, çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması və kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi sahələrinə aid 4, 8, 29, 64, 65 saylı proqramlara ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalıb. Bu proqramlar üzrə də plan yerlərinin dolmayacağı məlum idi.

Ümumiyyətlə, qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam (100%), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Qərbi Kaspi Universitetlərində plan yerləri 95% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstitutuna (66,67%) aiddir.

Aşağıdakı cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul edilənlərin sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

Qəbul
planı
Qəbul edilib (o cümlədən, d.s. əsasında) Qəbulolma faizi Vakant yerlərin
Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi sayı (faizi)
Proqram 1 142 127 (112) 14 (10) 141 (122) 99.30 1 (0.70)
Proqram 2 283 240 (197) 43 (23) 283 (220) 100.00 0 (0.00)
Proqram 3 233 205 (176) 21 (16) 226 (192) 97.00 7 (3.00)
Proqram 4 71 32 (28) 0 (0) 32 (28) 45.07 39 (54.93)
Proqram 5 168 104 (97) 10 (10) 114 (107) 67.86 54 (32.14)
Proqram 6 235 183 (149) 18 (17) 201 (166) 85.53 34 (14.47)
Proqram 7 29 24 (19) 5 (1) 29 (20) 100.00 0 (0.00)
Proqram 8 36 15 (12) 1 (0) 16 (12) 44.44 20 (55.56)
Proqram 9 67 62 (45) 0 (0) 62 (45) 92.54 5 (7.46)
Proqram 10 125 101 (76) 9 (9) 110 (85) 88.00 15 (12.00)
Proqram 11 290 239 (201) 26 (22) 265 (223) 91.38 25 (8.62)
Proqram 12 13 12 (9) 0 (0) 12 (9) 92.31 1 (7.69)
Proqram 13 233 192 (168) 8 (7) 200 (175) 85.84 33 (14.16)
Proqram 14 1164 1019 (945) 122 (115) 1141 (1060) 98.02 23 (1.98)
Proqram 15 110 86 (67) 14 (13) 100 (80) 90.91 10 (9.09)
Proqram 16 166 146 (120) 8 (6) 154 (126) 92.77 12 (7.23)
Proqram 17 49 47 (40) 0 (0) 47 (40) 95.92 2 (4.08)
Proqram 18 178 158 (149) 15 (5) 173 (154) 97.19 5 (2.81)
Proqram 19 271 251 (147) 16 (7) 267 (154) 98.52 4 (1.48)
Proqram 20 89 80 (60) 1 (0) 81 (60) 91.01 8 (8.99)
Proqram 21 76 71 (45) 5 (5) 76 (50) 100.00 0 (0.00)
Proqram 22 159 148 (91) 10 (4) 158 (95) 99.37 1 (0.63)
Proqram 23 108 67 (51) 5 (4) 72 (55) 66.67 36 (33.33)
Proqram 24 43 43 (30) 0 (0) 43 (30) 100.00 0 (0.00)
Proqram 25 6 6 (3) 0 (0) 6 (3) 100.00 0 (0.00)
Proqram 26 2086 1819 (820) 192 (63) 2011 (883) 96.40 75 (3.60)
Proqram 27 491 477 (187) 14 (8) 491 (195) 100.00 0 (0.00)
Proqram 28 194 173 (139) 12 (10) 185 (149) 95.36 9 (4.64)
Proqram 29 30 12 (12) 0 (0) 12 (12) 40.00 18 (60.00)
Proqram 30 7 5 (5) 2 (2) 7 (7) 100.00 0 (0.00)
Proqram 31 123 109 (91) 9 (6) 118 (97) 95.93 5 (4.07)
Proqram 32 140 123 (98) 5 (4) 128 (102) 91.43 12 (8.57)
Proqram 33 195 160 (126) 10 (9) 170 (135) 87.18 25 (12.82)
Proqram 34 74 70 (43) 4 (2) 74 (45) 100.00 0 (0.00)
Proqram 35 137 134 (128) 3 (2) 137 (130) 100.00 0 (0.00)
Proqram 36 72 69 (64) 2 (1) 71 (65) 98.61 1 (1.39)
Proqram 37 84 71 (30) 3 (3) 74 (33) 88.10 10 (11.90)
Proqram 38 263 263 (49) 0 (0) 263 (49) 100.00 0 (0.00)
Proqram 39 22 2 (0) 16 (1) 18 (1) 81.82 4 (18.18)
Proqram 40 261 221 (42) 9 (2) 230 (44) 88.12 31 (11.88)
Proqram 41 54 45 (4) 0 (0) 45 (4) 83.33 9 (16.67)
Proqram 42 169 162 (71) 7 (6) 169 (77) 100.00 0 (0.00)
Proqram 43 64 41 (15) 2 (0) 43 (15) 67.19 21 (32.81)
Proqram 44 45 32 (29) 1 (1) 33 (30) 73.33 12 (26.67)
Proqram 45 18 15 (4) 1 (0) 16 (4) 88.89 2 (11.11)
Proqram 46 160 137 (62) 12 (3) 149 (65) 93.13 11 (6.88)
Proqram 47 271 204 (48) 33 (4) 237 (52) 87.45 34 (12.55)
Proqram 48 128 120 (36) 8 (2) 128 (38) 100.00 0 (0.00)
Proqram 49 168 136 (92) 20 (8) 156 (100) 92.86 12 (7.14)
Proqram 50 51 43 (23) 1 (1) 44 (24) 86.27 7 (13.73)
Proqram 51 12 8 (8) 0 (0) 8 (8) 66.67 4 (33.33)
Proqram 52 22 22 (15) 0 (0) 22 (15) 100.00 0 (0.00)
Proqram 53 122 107 (55) 11 (4) 118 (59) 96.72 4 (3.28)
Proqram 54 63 60 (22) 3 (1) 63 (23) 100.00 0 (0.00)
Proqram 55 33 29 (19) 2 (1) 31 (20) 93.94 2 (6.06)
Proqram 56 3771 3459 (0) 301 (0) 3760 (0) 99.71 11 (0.29)
Proqram 57 10 10 (5) 0 (0) 10 (5) 100.00 0 (0.00)
Proqram 58 22 14 (9) 7 (4) 21 (13) 95.45 1 (4.55)
Proqram 60 8 8 (7) 0 (0) 8 (7) 100.00 0 (0.00)
Proqram 61 20 10 (10) 4 (4) 14 (14) 70.00 6 (30.00)
Proqram 62 10 8 (8) 0 (0) 8 (8) 80.00 2 (20.00)
Proqram 63 10 7 (7) 0 (0) 7 (7) 70.00 3 (30.00)
Proqram 64 10 3 (3) 0 (0) 3 (3) 30.00 7 (70.00)
Proqram 65 10 5 (5) 0 (0) 5 (5) 50.00 5 (50.00)
Proqram 68 108 81 (55) 4 (3) 85 (58) 78.70 23 (21.30)
Proqram 69 29 20 (14) 1 (1) 21 (15) 72.41 8 (27.59)
Proqram 70 78 39 (28) 3 (3) 42 (31) 53.85 36 (46.15)
Proqram 71 5 5 (5) 0 (0) 5 (5) 100.00 0 (0.00)
Proqram 72 8 8 (5) 0 (0) 8 (5) 100.00 0 (0.00)
Proqram 74 4 4 (3) 0 (0) 4 (3) 100.00 0 (0.00)
Proqram 75 32 20 (9) 5 (1) 25 (10) 78.13 7 (21.88)
Cəmi 14038 12228 (5547) 1058 (434) 13286 (5981) 94.64 752 (5.36)

Magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv