!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəfəsdən buraxılan ayının hərəkətləri hər kəsi ŞOKA SALDI - VİDEO

!Reklam – Yazi

Zooparkda zorakılığa məruz qalan ayı azadlığa çıxdıqdan 7 il sonra hələ də xəyali qəfəsdə dövr edir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Bildirilir ki, “İna” adlı ayı 20 il Rumıniyanın Piatra Neamt şəhərindəki zooparkda kiçik qəfəsdə saxlanılıb. O, xilas edilərək Zarnestidəki təbiət qoruğuna buraxılıb.
Ayıya baxan qoruq işçisi bildirib ki, “İna” zooparkda başqa bir ayı və bacısı “Anka” ilə yeri bölüşmək məcburiyyətində qalıb.
Qəfəs o qədər kiçik olub ki, onlardan yalnız biri hərəkət edə bilirdi.
Kiçik bir su hövzəsi də olub ki, onu da paylaşmalı olublar.
Qoruq işçiləri videonu kiçik bir qəfəsdə 20 ilin verdiyi belə bir travmanın heç vaxt unudulmayacağını və heyvanın hələ də ruhi yaraları daşıdığını göstərmək üçün paylaşdıqlarını bildiriblər.

Psixoloqlar deyirlər ki, qəfəsdə olan heyvanlar uzunmüddətli, təkrarlanan iztirablar səbəbindən mürəkkəb posttravmatik stress pozğunluğu yaşayırlar.

Həmin videonu təqdim edirik:

 

Xuraman Etibarlı

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv