!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəfil gün doğdu bir gecə klubunda - Aqil Bəkir yazır

!Reklam – Yazi

İstirahət günündə – aprelin 3-də Bakıdakı gecə klublarının birində baş verən partlayışın dalğası hələ də hiss edilməkdədir. Məlum bədbəxt hadisədən sonra bölünməyə çox maraqlı olan azərbaycanlılar yenə iki və daha çox hissələrə bölünüb başladılar, fərqli mülahizələr irəli sürməyə, işin içinə Allahı qatıb peyğəmbərlik etməyə.

Partlayış xəbəri yayıldıqdan sonra bunun terror aktı ola biləcəyi ehtimalı irəli sürüldü, hətta dəqiq adres də göstərildi: Rusiya / İran.

Rusiya – ona görə ki Azərbaycan Qarabağda bu ölkənin maraqları çərçivəsində hərəkət etmir və İran – ona görə ki Azərbaycan Ramazan təqvimini bu ölkəylə eyni gündə açıqlamayıb. Hər halda, həmvətənlərimizin düşüncələri bu yöndədir.

Daha sonra aydın oldu ki, partlayışa səbəb qaz balonu olub (müəssisəsədə niyə balondan istifadə edildiyi və müvafiq qurumun hara baxdığı da açıq sualdır). Həəə, dayanarmı bizim hər şeydən narazı və hər zaman haqlı soydaşlarımız? Əlbəttə, xeyr! Bu səfər isə ilk mülahizələrdən daha iyrənc ifadələrlə qarşılaşdıq.

Partlayışın Ramazanın ilk günündə əylənənlərə Allahın qəzəbi nəticəsində hasil olduğu qənaəti ortaya atıldı ki, bu varsayımdan yola çıxaraq radikal dini təfəkkürdə olan üzdəniraqlar “Haqq olub elə!” nidalarını səsləndirməyə başladılar. İslamı, Allahı da işin içinə qatan bu yaramazlar (bəli, məhz yaramaz!) onlarla insanın yaralanmasına, onların ölmə ehtimalına sevinərək nifrət qusdular.

“Əxlaqlı qızın barda nə işi var?”, “Ramazan günü əylənəndə belə olacaqdı”, “Kaş hamısı ölərdi” və s. bu kimi ürəkbulandırıcı ifadələr işlədənlərin bu cəmiyyətdə var olduğunu bilməyin özü belə insana narahatlıq verir.

Məsələnin mahiyyətinə varmadan hər çalınan havaya oynayan millət nümayəndələri, görəsən, fikirləşirlərmi ki, nə edirlər. Hər kəsin başına hadisə gələ bilər ve kimsə bundan sığortalanmayıb. Görəsən, onlar islamın necə bir din, Allahın necə ilah olduğundan xəbərdardırlarmı? Düşünürəm ki, xeyr. Çünki İslamdan, Allahdan xəbəri olan kəs qeyd edilən ifadələri işlətməz. İşlədənlər də birmənalı olaraq cahillərdir və cahildirlər!

İsa peyğəmbərin daş atma məsəlindən yola çıxaraq deyim ki, dinimi söyən müsəlman olsa barı. Sən birinci güzgüdə özünə, yaşadıqlarına və həyatına bax, sonra başqalarını əxlaqsızlıqda ittiham edərsən.

Baş verən hadisəyə ictimai reaksiyanı görəndən sonra bir daha sevindim ki, dini ölkədə yaşamırıq və Azərbaycan dini ölkə deyil. Yoxsa bu təfəkkürdə olan insanciyəzlər baş kəsməklə məşhuri-cahan olardı.

Baş verən bu partlayışın işığı çoxlarının sifətini, simasını faş etdi.

Ramiz Rövşən yaxşı deyib:

Qəfil gün doğsa bir gecə,
Dünya dümağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

İndi deyin görüm öz əlinizin cibinzidə olduğunuzdan əminsiniz?

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv