Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Qəfildən dünyasını dəyişən əməkdar artistin oğlu: "Atam son sözünü deyə bilmədi..."

Bu səhər əməkdar artist Telman Əliyev qəfildən dünyasını dəyişib.

Bu barədə Yenicag.az-a aktyorun oğlu Vüqar Əliyev məlumat verib.

Oun sözlərinə görə, T. Əliyevin səhhəti qəfildən pisləşib:

“Neçə vaxt idi ki, müalicə alırdı, vəziyyəti yaxşıydı. Dünən halı pisləşdi, həkimə apardıq. Bu səhər heç danışa da bilmədi. Həkimlər deyir ki, ölümünə səbəb ürəyi olub”.

Oğlunun sözlərinə görə, dəfn mərasimi evlərində baş tutacaq. Mərhum ya Bakıda, ya da doğulduğu Gəncədə torpağa tapşırılacaq.

Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.

Allah rəhmət eləsin!

 

Cəvahir
Yenicag.az

 

 

www.yenicag.az

494
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM