!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qəhrəmanlarımızı tanıyaq” adlı layihənin təqdimat mərasimi baş tutub - FOTOLAR

!Reklam – Yazi

Bu gün Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Qrant Müsabiqəsində qalib olan “Qəhrəmanlarımızı tanıyaq” adlı layihənin təqdimat mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, tədbirdə layihə çərçivəsində 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhid və qazilərin keçdiyi həyat və döyüş yolunun bəhs edən videoçarxlar nümayiş olunub. Tədbirdə şəhid ailələri, qazilər, müxtəlif universitetlərdən fəal gənclər və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə şəhid ailələri və qazilərin vətənimizin ərazi bütövlüyündəki rolu gündəmə gətirilərək dövlətin onlara dəstəyindən söz açılıb. Eyni zamanda, şəhid ailələrinə gənclərin sonsuz dəstəyi də ifadə olunub. Onlar çıxışlarında gənclərin şəhid və qazilərimizi daim diqqətdə saxlamasından böyük qürur hissi ilə danışıblar.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv