!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəhrəmanmaraşda binanın yaratdığı ŞOK: Qəzəbə səbəbə oldu, tənqid olundu... - FOTO

!Reklam – Yazi

Zəlzələdə ən çox zərər görmüş bölgələrdən biri olan Qəhrəmanmaraşda gözlənilməz hadisə baş verib.

Yenicag.az xəbər verir ki, sözügedən şəhərdə bütün binaların yerlə yeksan olmağına baxmayaraq, İnşaat Mühəndisləri Palatasının pəncərəsi belə zərər görməyib.

Baş verən hadisə xalqın qəzəbinə səbəb olub.

Həmin binanın şəklini çəkən Elektrik Mühəndisləri Palatasının sədri Mahir Ulutaş bildirib ki, əhali üçün də belə sağlam binalar inşa edilməlidir: “Söz tapa bilmirəm. Mühəndislər belə böyük bir zəlzələyə baxmayaraq güclü binalar inşa edə bilərlər. Yetər ki, resurslar və ləvazimatlar xalq üçün istifadə edilsin!”

Sosial şəbəkələrdə gündəm olan görüntülər vətəndaşlar tərəfindən kəskin şəkildə qınanılıb.

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv