!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəhvənin gözlənilməz faydalı XÜSUSİYYƏTİ: COVID-19-un qarşısını alır - FOTO

!Reklam – Yazi

Qəhvə COVID-19-un qarşısını alır.

Yenicag.az xəbər verir ki, bu barədə Çin alimləri araşdırma aparıb. Tədqiqatın nəticələri BMC-də (BioMed Central) dərc edilib.

Alimlər qəhvənin SARS-CoV-2 və onun ştammlarının (Alfa, Delta, Omikron) orqanizmə daxil olmasının qarşısını ala biləcəyini müəyyən ediblər.

İçki həzm fermentinin fəaliyyətinə təsir göstərir, bunun nəticəsində virus insan hüceyrəsinə qoşula bilmir.

Gündə ən azı bir fincan qəhvə içmək Covid-ə yoluxma riskini 10% azaldır.

Çox güman ki, qəhvənin qoruyucu xüsusiyyətləri tərkibindəki polifenol, xlorogen turşusu (CGA) və psixoaktiv maddə olan kofein ilə bağlıdır.

Xlorogen turşuları bədəndəki iltihablı proseslərin intensivliyini azaltmağa qadirdir və buna səbəb olan xüsusi vasitəçilərin yaranmasının qarşısını alır. Eyni zamanda, kofein immunitet sistemini stimullaşdıra bilər.

Süd, qaymaq və şəkər kimi əlavələr nəticəyə təsir etmir.

Xuraman Etibarlı

 

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv