!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qəlbimizin səsi” konserti uğurla keçdi – FOTOLAR

!Reklam – Yazi

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Rəvanə Qurbanova və Tarzən Rövşən Qurbanovun “Qəlbimizin səsi” adlı konserti baş tutub.

Yenicag.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinində keçirilən konsertdə, Azerbaycanın görkəmli musiqişunasları, xalq artistləri və coxsayda tamaşıcı iştirak edib.

Solist Rəvanə Qurbanova və Tarzən Rövşən Qurbanov, muğam, xalq mahnıları, bəstəkar mahnıları və bir sıra fərqli janırlarda musiqilər ifa ediblər.

Tədbirdə Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının Xalq artisti Vamiq Məmmədəliyеv, Azərbaycan Respublikasının Xalq artist,i xanəndə Mənsum İbrahimov və Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Ramiz Quliyev cıxış ediblər.

Vamiq Məmmədəliyev cıxışında, konsertin yüksək səviyyədə oldugunu və davamlı olmasını istəyib.

Mənsum İbrahimov , Rəvanə Qurbanovanın 2007-ci ildə keçirilən Muğam Televiziya Müsabiqəsindən tanıdığını və onun bir sıra ugurlarından danışıb.

Ramiz Quliyev isə Rövşən Qurbanovun professional tarzən, yaxşı müəllim və gözəl ailə başcısı olmağını qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın muğam sənətinə verdiyi dəstəyinə görə təşəkkür edib.

Qeyd edək ki, Rəvanə Qurbanova 2011-ci ildə tarzən Rövşən Qurbanovla ailə həyatı qurub. Bir qızları və bir oğulları var.

 

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv