!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qələbə SEVİNCİ: “İllərdir bu günləri gözləmişik”

!Reklam – Yazi

“Gözləntilər özünü doğrultdu, Azərbaycan əsgəri bütün azərbaycanlıları sevindirməyi bacardı”.

Bunu sentyabrın 19-u erməni terroruna qarşı keçirilən antiterror əməliyyatları fonunda əhalinin sosial-psixoloji vəziyyətindən danışan sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, əhalidə ruh yüksəkliyi var, hər kəs sevinc içırisindədir:

“Çünki hər bir azərbaycanlı illərdir ki, bu günləri gözləyib. Hər bir azərbaycanlı Xankəndinin azad olunmasını, Qarabağda, ümumən Azərbaycanın hər bir nöqtəsində bayrağımızın dalğalanmasını arzulayır. Gözlənilən an gəldi. Səbir kasası doldu. Silahlar danışmağa başladı. Və Azərbaycan gücünü bir daha bütün dünyaya göstərdi, Ermənistanı növbəti dəfə cəzalandırdı. Qarabağın nəzarətini tam olaraq bərpa etdi.

Azərbaycan xalqı yarım qalan işin tamamlanacağına inanırdı. İstər 44 günlük Vətən müharibəsində, istər erməni təxribatlarına qarşı həyata keçirilən “Qisas” hərbi əməliyyatında, istərsə də dünən və bu gün keçirilən anti-terror əməliyyatlarında hər zamankı kimi birlik olmağı bacardı. Ordunu dəstəklədi, qələbəyə inandı. Gözləntilər özünü doğrultdu, Azərbaycan əsgəri bütün azərbaycanlıları sevindirməyi bacardı”.

Nəsimi Ələsgərli

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv