!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qənirə Paşayevanın diaqnozu açıqlandı

!Reklam – Yazi

Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub.

Bunu Yenicag.az-a qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib:

“Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri – arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub”.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv