Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qərargah dili, əbədi cəhalət, tələbənin tələbi və intiharı... - Aqil Bəkir yazır

Reklam: Sinerji Pro

İyirmi-iyirmi başlayandan bəri dünyanın üzləşmədiyi hadislər də qalıb, ancaq indi onları yazıb dəlinin yadına daş salmaq niyyətim yoxdur.

Dünən Nazirlər Kabineti yanında Operativ Qərargah həftə sonlarını evimizdə keçirəcəyimiz tələbi ilə bizləri müjdələdi. O qərargah ki, virusa yoluxma sayı durmadan artarkən, karantin rejimini yumşaqdan da yumşaq etmə qərarı vermişdi.

Ancaq ziyanın yarısından dönmək də bir şeydir. Qərar açıqlandı və bir neçə saat sonra isə marketlər aşdı-daşdı, insanlar coşdu, səbətlər doldu, rəflər boşaldı… Lap o 2012-nin 21 dekabrındakı kimi… Hər yerdə, o cümlədən də, Azərbaycanda…

Nə öyrəndik? Onu öyrəndik ki, himə bənd olana bir də “cim” eləsən, başımıza Həvva nənəmizdən də böyük bir iş açar.

Yeri gəlmişkən, qərargah ünsiyyət dilini bir az sadələşdirsə, çox gözəl olar. O qərar anlamağımız üçündür, oxuyub “Necə oldu indi?” deməyimiz üçün yox.

***

Dünən 21 yaşlı qız intihar etdi. Yox, əslində, öldürüldü. Cəhalətin qurbanı oldu. İstəmədiyi şəxslə evlənməyə məcbur edildiyi üçün özünü 18-ci mərtəbədən daha rahat olacağını düşündüyü boşluğa buraxdı.

Vallah, “Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”.

***

Yenə sosial şəbəkələr qaynayır. İmtahanların və ödənişlərin ləğv edilməsi üçün Təhsil Nazirliyinə müraciət edən tələbənin tələbinə görə həbs edilməsindən sonra…

– Ə, dayan bir. Elə yox, belə: Xüsusi karantin rejiminin tələblərini pozduğuna görə.

– Yaxşı, nə deyirəm, olsun.

İmtahanların və ödənişlərin ləğv edilməsi üçün Təhsil Nazirliyinə müraciət edən tələbənin xüsusi karantin rejiminin tələblərini pozduğuna görə həbs edilməsi yenidən “free”ləri gündəmə gətirdi.

Heç nə, nəticə olaraq 15 günlük istirahət. Kim istəməz ki?

Tələbənin həbsindən sonra “ilk həbsin mübarək”, – deyə onu təbrik edənlərin hansı düşüncəyə qulluq etdiklərini isə anlamaqda çətinlik çəkirəm.

www.yenicag.az

1666