!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Görülən tədbirlərin qeyri-kafiliyi: Qərar verildi, əməl edilmir? - AÇIQLAMA

!Reklam – Yazi

“Sənaye mallarının daşınmasında boyalı torbalardan istifadə edərkən paketin rəngi ağır metallara hopur və beləcə xoşagəlməz hallar yaşanır”.

Bu sözləri polietilen torbaların üzərində reklam yazılarının olmasına münasibət bildirən “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Yenicag.az- açıqlamasında qeyd edib.

O bildirib ki, məsələylə bağlı MDB ölkələrinin təcrübəsindən də yararlanmaq olar.

“Azad İstehlakçılar Birliyi olaraq polietilen torbalardan istifadəni məhdudlaşdırılması ilə bağlı 20 ilə yaxın çağırışlar etmiş, hökumətə və biznes qurumlarına bununla bağlı təkliflər irəli sürmüşdük. Nəhayət, son zamanlarda bununla bağlı qərarlar verildi.

Qərarın zəruri olmasına baxmayaraq görülən tədbirlər kafi deyil. AİB qalınlığı 50 mikrondan yuxarı olan torbalar üçün təkcə marketlərdə deyil, eləcə də sənaye mallarının satışında da məhdudiyyət qoyulmasının tərəfdarıdır.

Bununla yanaşı, təkliflərimizdə sənaye mallarının satışında şəffaf torbalardan istifadəni də qeyd etmişik. Sənaye mallarının daşınmasında boyalı torbalardan istifadə edərkən paketin rəngi ağır metallara hopur və beləcə xoşagəlməz hallar yaşanır. Eyni zamanda istehlakçı paketləri alarkən həmin satış mərkəzlərinin reklamını həyata keçirmiş olur. Bütün bunlar çatışmayan cəhətlərdir. Bu konteksdə ən azı MDB ölkələrinin təcrübəsindən istifadə edilməlidir.

Sözügedən ölkələrdə satışda olan paketlərin üzərində heç bir reklam yazısı yoxdur. Biz də bu prosedurları tətbiq etməliyik. Biznes qurumları dövlətin qərarını dəstəkləmək məqsədilə alternativ yollar tapmalı, kağız torbalara keçidi sürətləndirməli idi. Təəssüf ki, biz bunun geniş şəkildə tətbiqinin şahidi olmadıq.

Ümumilikdə, bu paketlər ödənişli olmaqla yanaşı, şəffaf rəngdə istehsal edilməli və müştəriyə alternativlər də təklif edilməlidir. Ən yaxşı alternativ həsir zənbillər sayılır ki, bu da ekoloji cəhətdən təmiz hesab olunur”.

Yusif Səmədzadə

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv