!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb koalisiyasının TƏRƏDDÜDÜ: “Avdeyevkanın işğalı həm Rusiyanın gücünü göstərdi, həm də...”

!Reklam – Yazi

“Rusiya Ukraynada öz hədəflərinə nail olduğu halda, dünyanın ona münasibəti dəyişəcək”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişini və cəbhədə baş verənlərin tərəflərə təsirini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, Ukraynanı müdafiə edən Qərb koalisiyası açıq-aydın onları dəstəkləməyin əhəmiyyəti olmadığını görür:

“Hazırda Rusiya-Ukrayna müharibəsində baş verənlər gözlənilən vəziyyət idi. İki aydan çoxdur ki, Ukraynaya lazım olan yardımı vermirlər. ABŞ demək olar ki, heç bir yardım göstərmir. Avropanın göstərdiyi yardım isə bəs etmir. Digər tərəfdən, Rusiya ordusu iki il ərzində artıq professionallaşıb, sabit imuniteti yaranıb. Hər bir vəziyyəti düzgün qiymətləndirə bilərlər.

Dünən Putin çıxışında bildirdi ki, Rusiyada aşağı komandirdən yuxarı komandanlara kimi hamısı döyüş təcrübəsi almış hərbçilərdir. Bu da öz növbəsində çox şey deyir. Ukraynada buna qədər yetərli qədər texnika, artilleriya var idi. Bunlar hamısı azalmağa başladı. Ancaq Rusiyanın arsenalı azalmadı. Ukraynanın sonuncusu Avdeyevka olmaqla, müdafiə qalaları var idi. Orada müdafiə xətti 9 il idi, qurulurdu. Bütün bunları nəzərə alsaq, Avdeyevkanın işğal edilməsi həm Rusiyanın gücünü göstərdi, həm də Ukraynada siyasi və hərbi rəhbərlik arasında çat yaratdı.

Zelenski baş komandanı çıxardı, onu başqası ilə əvəz etdi. Bu, siyasi, həm də orduya neqativ təsir göstərən qərar idi. Çünki gedən generalın nüfuzu gələn generaldan daha çox idi. Yeni gələn general istədi ki, Avdeyevkanın qorunmasında özünü göstərsin, bununla da müəyyən dividentlər qazansın. Bu alınmadı, onun gəlişi ilə şəhər tezliklə işağl oldu. Ukraynada döyüşçülərin də mənəvi-psixoloji vəziyyəti getdikcə pisləşib.

Ukraynanı dəstəkləyən Qərb koalisiyası açıq-aydın göstərir ki, sizi dəstəkləməyin əhəmiyyəti yoxdur. Ukraynanın güclü müdafiə rayonları qalmayıb. Rusiya bu vəziyyətdən istifadə etmək istəyir. Bir həftə, on gün vaxt qalacaq aktiv döyüşlərin aparılmasına. Sonra hava şəraiti elə olacaq ki, döyüş aparmaq çətinləşəcək. Rusiya bütün amillərdən istifadə edib nəyəsə nail olmaq istəyir. Rusiya onu da bilir ki, işğalın genişlənməsi koalisiya daxilində parçalanmanı gücləndirir. Həm də Rusiya Ukraynada öz hədəflərinə nail olduğu halda, dünyanın ona münasibəti dəyişəcək və şimal qonşumuzun xilası da bundadır. Rusiyanı dünya qəbul edəcək və koalisiyaya qalib gələ bilən ruslar sabah istənilən addımı atacaqlar.

Bəzi ölkələr bildirdi ki, NATO qüvvələri Ukraynada döyüşməlidir. Qarşılığında Rusiya nüvə silahı ilə Qərbi bir daha üvə silahı hədələdi. Dərhal sonra “NATO daxil olsun”, – deyən ölkələr biri-birini təkzib etməkdə və sanki fikirlərinin səhv anlaşıldığını demək yarışına giriblər. Sosial şəbəkələrdə, mətbuatda əvvəl Ukraynanı dəstəkləyən fikirlər üstünlük təşkil edirdisə, indi demək olar ki, bu vəziyyət 50-nin -50-yə dəyişibr. Artıq deyirlər ki, döyüşə bilmirsənsə, camaatı qırğına vermə. Rusiyanın hətta ali baş komandanların nüfuzu və reytinqi baxımından üstünlüyü var. Düşünürəm ki, Rusiya öz istəyinə çatacaq və sülh müqaviləsi rusların şərtləri əsasəda bağanacaq”.

Səxavət Məmməd

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv