!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb mediasında sülh müzakirələri: “Bu, Ukrayna ilə bağlı danışıqlara hazırlıqdan xəbər verir”

!Reklam – Yazi

“Qərb təbliğatının tonunun dəyişməsi, tərəflərin Ukrayna ərazisində münaqişənin nizamlanması üçün danışıqlara hazır olduğunu deməyə əsas verir”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsində Qərb təsirlərindən danışan Şərqi Çin Normal Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin kiçik elmi işçisi Cui Henq deyib.

O bildirib ki, son iki həftə ərzində Qərb mediasında sülhü müzakirə edən çoxlu açıqlamalar var:

“O cümlədən Ukrayna ərazilərini sülh üçün mübadilə etməyə çağıran bəyanatlar da görmək mümkündür. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin belə yanaşmaları keçmiş təbliğatın tonunun dəyişdiyini göstərir. Qərbin bəyanatlarında belə dəyişikliyin olmasına səbəb isə heç bir tərəfin müharibə zonasında ciddi nəticələr əldə edə bilməməsidir. Bildiyimiz kimi, Ukraynanın Rusiyaya qarşı başlatdığı əks-hücum əməliyyatları da uğursuzluqla nəticələndi.

Moskva və Kiyev həlli üçün güc tələb edən böyük daxili problemlərlə üzləşib. Belə şəraitdə münaqişəni dondurmaq və ya danışıqlar aparmaq olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv