!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb mərkəzlərinin 28 may HAZIRLIĞI: “Pozucu və çaşqınlıq yaratmağa yönəlik fəaliyyətlərini...” – MÖVQE

!Reklam – Yazi

“Səsvermə zamanı və ondan sonra ortalığı qarışdırmağa çalışanlar əks iddialarla çıxış etsələr də, həqiqətən, reallıq tamamilə fərqli idi”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçirilmiş prezident seçkilərinin nəticələrinə təsir göstərə bilməyən Qərb institutlarının mayın 28-də baş tutacaq ikinci tur hazırlıqlarını dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərbin bəlli mərkəzlərinin seçkilərin ikinci turuna da eyni ciddiyyətlə hazırlıq gördükləri birmənalıdır:

“Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Qərbin müəyyən mərkəzləri Türkiyədə 14 may seçkilərində olduğu kimi, mayn 28-də baş tutacaq prezident seçkilərinin ikinci turuna da ciddi-cəhdlə hazırlaşırlar. O baxımdan, həmin mərkəzlərin geridə qalan kampaniya dövründə pozucu və çaşqınlıq yaratmağa yönəlik fəaliyyətlərini davam etdirəcəkləri şübhəsizdir.

14 may seçkilərini özüm də müşahidə etdiyim üçün prosesin yüksək səviyyədə keçdiyini əminliklə bildirirəm. Eyni zamanda bir çox ölkələrdən gəlmiş müşahidəçilər də səsvermənin obyektiv, qanun çərçivəsində, seçicilərin öz iradələrini sərbəst ifadə etmələri şəraitində keçdiyini təsdiqləyiblər.

Buna baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə Avropa Şurası Parlament Assambleyası müşahidəçilərinin seçkilərin “ciddi pozuntularla” keçdiyinə dair rəyi bizi şoka saldı. Çünki dediyim kimi, səsvermənin gedişini biz də izləmişdik və prosesin çox səliqəli keçdiyini əksər əcnəbi müşahidəçilər də təsdiq edirdilər.

Doğrudur, səsvermə zamanı və ondan sonra ortalığı qarışdırmağa çalışanlar əks iddialarla çıxış etsələr də, həqiqətən, reallıq tamamilə fərqli idi. Sadəcə olaraq, nəticələrin onların arzuladıqları kimi olmaması səbəbindən seçkilərin obyektivliyini şübhə altına almağa uğursuz cəhd göstərirdilər. Qərbin bəlli mərkəzlərinin seçkilərin ikinci turuna da eyni ciddiyyətlə hazırlıq gördükləri birmənalıdır. Lakin bu cəhdlər yenə də nəticəsiz qalacaq”.

A.Zeynalov

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv