!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qərb mərkəzlərinin müxalifət liderini birinci turda “qalib” çıxarmaq cəhdlərinin iflası...” – MÖVQE

!Reklam – Yazi

“Türkiyədə seçkilərin birinci turunda əldə olunan nəticələr hakimiyyət və müxalifət elektoratında fərqli əhval-ruhiyyə yaradıb”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ikinci tur ərəfəsində seçici kütləsinə psixoloji təsirini dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin rəqib siyasi düşərgələri mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna fərqli ovqatda gedirlər:

“Öncə bu məqama toxunum ki, Türkiyədə baş tutan seçkilərə Azərbaycanda da maraq çox böyükdür və bizim insanların bu mübarizədə Türkiyənin hakim siyasi qüvvəsini dəstəkləməsi təəccüblü deyil. 44 günlük müharibədə Azərbaycana verdiyi mənəvi-siyasi dəstək bizim insanların Türkiyə hakimiyyətinə və şəxsən Rəcəb Tayyib Ərdoğana rəğbətini çox artırıb.

Oradakı seçki prosesinə gəldikdə isə həm Türkiyənin yerli, həm də xarici sorğu şirkətləri çoxsaylı sorğular keçirərək nəticələrlə bağlı müxtəlif rəqəmlər açıqlayırdılar. Açıq deyək ki, Ərdoğanın hakimiyyətdən getməsində maraqlı olduğunu gizlətməyən Qərb dairələrinə məxsus şirkətlər öz sorğularında Kılıçdaroğlunun qalib gələcəyini cəmiyyətə təlqin etməyə çalışırdılar.

Ancaq istər prezident seçkilərinin, istərsə də parlament seçkilərinin yekunları müxalifət və onun dəstəkçiləri üçün şok effekti yaratdı. Parlament seçkilərində qalib gələn “Cumhur” ittifaqı Böyük Millət Məclisində səs üstünlüyünü təmin etdi. Eyni zamanda 50 faiz + 1 prinsipi olmasaydı, Ərdoğan da birinci turda qalib gələcəkdi.

Əlbəttə ki, bu nəticələr müxalif elektorata çox neqativ təsir göstərir. Qərb mərkəzlərinin müxalifət liderini birinci turda “qalib” çıxarmaq cəhdlərinin iflası onlar üçün əlavə problemlərə və mübahisələrə də yol açır. Bu baxımdan, Ərdoğanın elektoratı seçkilərin ikinci turuna qalib psixologiyası ilə getdiyi halda, müxalif düşərgə fərqli ovqatdadır.

Yaranmış şəraitdə aparılan hesablamalar isə Ərdoğanın ikinci turda qalib gələcəyinə şübhə yeri qoymur”.

A.Zeynalov

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv