!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb mərkəzlərinin “şişirtdiyi” “SABUN KÖPÜYÜ”: “İnsan haqları və demokratiya adı altında...”

!Reklam – Yazi

“Toplum TV” və “Abzas MEDİA” əməkdaşlarının saxlanılması mediaya basqı sayıla bilməz”.

Bu fikirləri “Toplum TV” və “Abzas MEDİA”nın fəaliyyəti ilə bağlı atılan hüquqi addımların tam əsaslı olduğunu bildirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, “Toplum TV” və “Abzas MEDİA” əməkdaşlarının saxlanılması mediaya basqı sayıla bilməz:

“Qərb dövlətlərindən və müxtəlif xarici fondlardan maliyyə alanlar hazırkı vəziyyəti gündəmə gətirməyə çalışırlar. Həmin qüvvələr isə məhz ölkəmizin gələcəyini görmək istəməyənlərdir. Azərbaycanda hüququn aliliyi əsas götürülərək hər zaman söz və mətbuat azadlığı təmin olunub.

Ancaq bu, mətbuata yaradılan şəraitdən sui-istifadə edib xaricdən alınan sifarişlərlə hakimiyyətə qarşı təbliğat aparmağa əsas yaratmır. O əməkdaşların saxlanılmaları mediaya basqı kimi yox, törətdikləri əməllərə görə qanun qarşısında cavab vermə zərurəti kimi qiymətləndirilməlidir.

Qərb fondları Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, xalqımızın qazandığı uğurlara ləkə salmağa çalışır. Yəni dövlət-xalq birliyini pozmaq istəyirlər. Lakin dövlətimiz güclüdür, təhlükəsizlik yüksək səviyyədə təmin olunur, heç bir halda çirkin planların həyata keçirilməsinə imkan verilmir.

“İnsan haqları və demokratiya adı altında ərəb ölkələrinin, Gürcüstan, Moldova, Ukrayna və digərlərinin qarşılaşdığı problemlərə bütün dünya şahididir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv