!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qərb ölkələrindən Ukraynaya silah-sursat göndərilir, amma...” - Yuri Boyko

!Reklam – Yazi

“İndiki mərhələdə müharibə öz sürəti ilə davam edir və Rusiya günü-gündən daha ağır zərbələr almaqdadır”.

Bu fikirləri Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynaya Qərb ölkələrinin silah-sursat dəstəyini şərh edən ukraynalı sabiq diplomat Yuri Boyko Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hərbi arsenalını sabit saxlamağa çalışan Ukrayna işğalçı Rusiya ordusuna ağır itkilər verdirməkdədir:

“Sizinlə ötən söhbətimizdə qeyd etmişdim ki, Ukrayna dövləti və xalqı Rusiyanın hərbi təcavüzünə layiqli qarşılıq verəcək, özünü qorumaq və ərazi bütövlüyünü bərpa etmək üçün gərəkən hər şeyi edəcək. Bunun üçün yetərli gücümüz və iradəmiz var.

Bu mübarizədə ehtiyacımız olan tək şey ordumuzun silah-sursatla lazımi səviyyədə təchiz olunmasıdır. Bu ədalətli mübarizəmizdə bizə dəstək olan ölkələrdən, ilk növbədə Qərbdən başlıca gözləntilərimiz də məhz bununla bağlıdır. Bəli, Qərb ölkələri bu işdə bizə böyük dəstək verirlər, silah yardımı edirlər. Təbii ki, mən o yardımların həcmini və növünü açıqlaya bilmərəm.

İndiki mərhələdə müharibə öz sürəti ilə davam edir və Rusiya günü-gündən daha ağır zərbələr almaqdadır. Hərbi uğursuzluqlarını qəbul edə bilməyən işğalçılar Ukraynanın şəhərlərini və dinc əhalini atəşə tutaraq hərbi cinayətlərini genişləndirirlər. Bu gecə Ukrayna ordusunun Rusiyaya məxsus “Moskva” kreyserini batırması işğalçı üçün çox böyük zərbə oldu. Düşmənin əsas itkiləri hələ irəlidədir”.

A.Zeynalov

www.yenicag.az

1791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv