!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların Rusiyaya TƏSİRİ - Təbii qaz ixracatı azalıb

!Reklam – Yazi

Rusiyanın təbii qaz hasilatı və ixracatı 2022-ci ili enişlə bağlayacaq.

Yenicag.az “Anadolu” Agentliyinə istinadən bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak açıqlama verib.

Qərb ölkələrinin müxtəlif sanksiyalar tətbiq etdiyi Rusiyanın neft və təbii qaz sektoruna münasibət bildirən Novak, Kremlin Ural neftinə tətbiq etdiyi endirim məbləğinin son vaxtlar artdığını bildirib.

Rusiyanın Avropa Birliyinə (AB) mayeləşdirilmiş təbii qaz (LNG) ixracının artdığına diqqət çəkən Novak qeyd edib ki, təbii qaz qıtlığı davam edir və Avropa bazarı əhəmiyyətli olaraq qalır. Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzinin Rusiya qazının nəqli üçün əhəmiyyəti isə diqqət mərkəzindədir. Mərkəz yaradılandan sonra əlavə qaz həcminin Türkiyə üzərindən daşınması üçün məsləhətləşmələr aparılacaq.

Hazırkı məqamda isə qaz hasilatı ötən illə müqayisədə 12 faiz azalıb.

Gülşən

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv