Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qərb Putinin hökmünü “verdi”: “Oliqarxların Navalnıya dəstəyi həlledici olacaq” – Politoloq

Rusiya müxalifətinin ötən gün təşkil etdiyi genişmiqyaslı etiraz aksiyaları ölkədə yeni situasiya yaradıb.

Yenicag.Az xəbər verir ki, Rusiyanın müstəqil müxalifət lideri Aleksey Navalnının çağırışı ilə ötən gün təşkil olunan antikorrupsiya mitinqləri Moskvadan başqa, Sankt-Peterburq, Vladivostok, Novosibirsk, Tomsk kimi iri şəhərləri də əhatə edib.

Məlumata görə, “Putinsiz Rusiya” və “Putin oğrudur” kimi şüarlarla keçirilən mitinqlər zamanı Navalnı başda olmaqla, 1400-dən çox aksiya iştirakçısı saxlanılıb. Məhkəməyə aparılan Navalnı barəsində 30 gün müddətinə həbs qərarı verilib.

Qeyd olunur ki, 12 iyun mitinqləri Rusiyada son 5 ildə təşkil olunan ən effektli etiraz aksiyalarıdır və narazı elektoratın artan fəallığı ölkədə yeni şərait yaradıb. Əksər ekspertlərin fikrincə, Rusiya cəmiyyətində narazılığın güclənməsi reytinqi düşməkdə davam edən prezident Vladimir Putinin vəziyyətini xeyli çətinləşdirəcək.

Rusiyanı bürüyən etiraz aksiyalarının gələcək təsirini Yenicag.Az-a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bildirib ki, oliqarxların müxalifətə dəstəklərini artırması Putini heç də asan olmayan vəziyyətə salacaq:

“Rusiyada dünən baş tutan aksiyalar bu ölkədə daxili siyasi proseslərin yeni məcraya keçdiyini göstərir. Bu mitinqlər Navalnının adı ilə əlaqələndirilsə də, hesab edirəm ki, Rusiyalı oliqarxların bu prosesdə ciddi iştirakı var.

Unutmayaq ki, Putinin birinci hakimiyyəti dövründə, o cümlədən, Medvedyev dönəmində Rusiyalı oliqarxların əksəriyyəti öz biznesini Qərbə, əsasən də Amerikaya keçirtdi. Eyni zamanda, Rusiyanın siyasi isteblişmentinə daxil olan şəxslərin bir çoxunun ailə üzvləri də çoxdan Qərb ölkələrində məskunlaşıblar.
O baxımdan, oliqarxların Rusiya müxalifətinə, konkret son aksiyalara dəstək verdikləri şübhə doğurmur. Hətta deyə bilərik ki, bu proses ABŞ-ın Rusiyadakı səfiri tərəfindən idarə olunur.

Açıq demək lazımdır ki, Rusiyalı oliqarxların Navalnıya dəstəklərini artırmaları proseslərə çox ciddi təkan verəcək. Əgər bu, baş verərsə, o halda Putinin vəziyyəti qətiyyən asan olmayacaq”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

302
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM