!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb “Quran”a QƏNİM ÇIXDI: “Onlar özgür həyat üçün belə rəftar edirlər, amma…” - RƏY

!Reklam – Yazi

“Müəqddəs kitabın yandırılması bir tərəfdən islamafobiyanı gücləndirir, digər tərəfdən radikallığı, fanatizmi və ekstemizmi bəsləmiş olur”.

Bunu İsveç polisinin Qurani-Kərimin yandırılması nəzərdə tutulan etiraz aksiyasına icazə verməsi məsələsini şərh edərkən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, özgür həyat üçün Qərbdə Müqəddəs kitaba qarşı belə rəftar edildiyini bildirib:

“Qərb dünyasında müqəddəslik anlayışına qarşı hücumlar 19-cu əsrdən başlayıb. Xüsusilə də, “İncil”ə qarşı ədəbiyyatlarda, həm də müxtəlif düşüncə adamları tərəfindən sərt tənqidlər edilirdi. Bu da Qərbdə demokratiya, insanın sərbəstliyi, modern həyat düşüncəsi və s. nail olmağın bir nəticəsi idi.

Təəssüflər olsun ki, bu gün həmin düşüncələr İslam dininin Müqəddəs kitabına tətbiq olunur. Qərbdə belə düşünürlər ki, din onların sərbəst, özgür həyatlarını əllərindən alır.

İslam və Qərb dünyasının düşüncə tərzlərində özünəməxsus problemləri var. Qərb mədəniyyəti bu problemləri özündən yola çıxaraq həll etdiyi kimi, İslam mədəniyyətində olan problemlər də islam düşüncəsindən yola çıxaraq həll olunmalıdır.

İsveçdə Qurani-Kərimin yandırılması son dərəcə yanlış addımdır. İnsanın fikir sərbəstliyi və düşüncə azadlığı kimi məfhumlardan yola çıxaraq Müqəddəs kitaba hücumlar heç də demokratiyanın inkişafına gətirib çıxarmır. Bu, bir tərəfdən islamafobiyanı gücləndirir, digər tərəfdən radikallığı, fanatizmi və ekstemizmi bəsləmiş olur”.

Sadiq Cavadov

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv