!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb-Rusiya QARŞIDURMASI: "Putinin İlham Əliyevlə Paşinyanı görüşə dəvət etməsi..." - MÖVQE

!Reklam – Yazi

“Qərb cənubi Qafqazı öz təsir dairəsinə salmaq istəyir, Rusiya isə buna qarşı müqavimət göstərir”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı görüşə dəvət etməsi, görüş ərəfəsində sərhəddə yenidən atəşkəsin pozulması halları və Rusiya ilə Azərbaycan arasındakı gərginliyi şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışsa da, təşəbbüsü əldən vermək istəmir:

“Brüssel görüşündən sonra Rusiya rəhbərliyinin Azərbaycan və Ermənistan rəhbərliyini görüşə dəvət etməsində təsadüfi heç nə yoxdur. Uzun illərdir ki, regionu öz nəzarəti altında saxlayırdı və bölgəni öz təsir dairəsində hesab edirdi.

Açıq görünür ki, ABŞ və tərəfdaşları regiondan Rusiyanı sıxışdırıb çıxarmaq istəyir. Qərb cənubi Qafqazı öz təsir dairəsinə salmaq istəyir. Rusiya bu baxımdan öz əlində olan imkanlarını işə salıb bölgədə nəzarəti itirmək istəmir.

Azərbaycana qarşı Rusiyanın mövqeyində qeyri-adi bir şey yoxdur. Rusiya uzun müddət bölgədə mövcudluğunu saxlamaq istəyirsə, real həqiqətlərə üstünlük verməlidir.

Azərbaycanlılarla ermənilər arasında bir barış olmalıdır. Rusiya da iqtisadi, humanitar, tarixi, coğrafi imkanları ilə bölgədə təmsil olunmalıdır. Yoxsa zor gücünə bu mümkün olmayacaq.

Cəbhədə hadisələrin gərgin olması ermənilərə sərf edir. Ermənilərin əsas məqsədi məsələni gündəmdə saxlamaqdır. Qərbdən gələnlər üçün kimin atəşi ilk pozması önəmli deyil. Onlar bütün hallarda deyir ki, ermənilərə təzyiq var, basqı var, onlara kömək etmək lazımdır. Prezident İlham Əliyev çıxış elədi və dedi ki, bizim səbrimiz sonsuz deyil.

Vəziyyəti dərindən təhlil edib, ölkədəki bütün gücləri səfərbər etməliyik və prosesin üstünə getməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv