!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qərb vəd etdiyi heç bir sözün arxasında durmayıb”

!Reklam – Yazi

“Məqsəd Kremli müharibəyə təhrik etməklə Rusiyanın daha da zəiflədilməsidir”.

Bunu ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevin heç bir zaman Rusiya tərəfindən ələ keçirilə bilməyəcəyi bəyanatını şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərb vəd etdiyi heç bir sözünün arxasında durmayıb.

“İstər Blinken, istərsə də digər Qərb nümayəndələri Kiyevə lazımi dəstəyi verəcəklərini, Ukraynanın torpaq itirməyəcəyini vəd edirdilər. Ancaq nə oldu? Hazırda Ukrayna ərazisinin təxminən 20% hissəsini itirib. Bəlkə daha da artığını. Hazırki mənzərə isə qəti olaraq Qərbin vədlərinə qaranti vermədiyinin göstəricisidir”, – deyə o bildirib.

S.Hümbətov qeyd edib ki, əlavə olaraq, Blinkenin dedikləri Rusiyanın qıcıqlandırılması siyasəti kimi də qiymətləndirilə bilər: “Yəni məqsəd Kremli müharibəyə təhrik etməklə Rusiyanın daha da zəiflədilməsidir. Eyni zamanda uzunmüddətli müharibəni hələ bir müddət də davam etdirmək, həmçinin münaqişə ocağının qalıcı olmasına şərait yaratmaqdan ibarətdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv