!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb Yunanıstanı silahlandırır - Daha 40 döyüş helikopteri...

!Reklam – Yazi

5 illik Müdafiə Sazişindən sonra silahlanma ilə kifayətlənməyən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu dəfə ABŞ-dən əlavə olaraq 40 döyüş helikopteri istəyib.

Yenicag.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ keçən ay Yunanıstana 1200 zirehli maşın bağışlayıb. Yunanıstan bu zirehli texnikanı Qərbi Trakyadakı Meriç çayına, Türkiyə ilə sərhəd bölgəsinə və Egey adalarına göndərəcəyini açıqlyıb.

Bununla yetinməyən Yunanıstanın Müdafiə Avadanlıqları və İnvestisiyaları Baş İdarəsi 10 AH-64E “Apache” tipli hücum helikopteri, 10 CH-47F “Chinook” tipli ağır nəqliyyat helikopteri və 20 UH-60 “Blackhawk” tipli personal daşıyıcı döyüş helikopteri almaq üçün ABŞ-dəki səlahiyyətlilərə müraciət edib.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv