!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb Zelenskini əvəzləmək imkanını nəzərdən keçirir - ŞOK NAMİZƏDLƏR

!Reklam – Yazi

Qərb Zelenskini əvəzləmək imkanını nəzərdən keçirir.

Yenicag.az xəbər verir ki, RİA Novosti bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna istinadən məlumat yayıb.

Volodimir Zelenskinin mümkün varisləri arasında Brüssel Valeri Zalujnı, Kirill Budanov, Andrey Yermak, Aleksey Arestoviç və Vitali Kliçkonu nəzərdən keçirir,

Xidmətin məlumatına görə, aparıcı Qərb ölkələrinin yüksək rütbəli rəsmiləri Zelenskinin dəyişdirilməsi zərurətini getdikcə daha çox müzakirə edirlər.

“Dövlət başçısı kimi Zelenskinin mümkün varisləri nəzərdən keçirilir. Xüsusilə, bu ilin noyabrında Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşü çərçivəsində qeyd olunub ki, bu, Ukraynanın yüksək rütbəli hərbçilərindən biri, məsələn, Silahlı Qüvvələrin ali baş komandanı Ukraynanın V. Zalujnı və ya Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi K. Budanov, habelə Ukrayna Prezidentinin aparatının rəhbəri A. Yermak,i Ukrayna Prezident Aparatının keçmiş müşavir A.Arestoviç, Kiyevin meri V.Kliçko ola bilər”, – mesajda deyilir.

“Səbəblər arasında Zelenskinin Rusiyanı döyüş meydanında məğlub etmək barədə yerinə yetirilməmiş vədləri, Ukrayna prezidentinin xarici tərəfdaşlarla münasibətdə sonsuz kobudluğu, Ukraynada hədsiz qohumbazlıq və korrupsiyadır ki, bunun miqyası hətta haqqında çox şey bilən Qərb siyasətçilərini də şoka salır. Lakin əsas odur ki, bu, Zelenskinin Vaşinqtonun və müttəfiqlərinin maraqları naminə Rusiya ilə münaqişədə manevr etmək qabiliyyətini itirməsidir”, – Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin bəyanatına istinadən xəbərdə deyilir.

Xuraman Etibarlı

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv