!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbdə kredoya çevrilən SİYASİ RİYAKARLIQ: “Özünü demokratik adlandıran ölkələrin iç üzünü...”

!Reklam – Yazi

“Azərbaycanı hədəfə alan ABŞ rəsmiləri ilə USAID və başqa qərəzli qurumların təmsilçilərinin adları zaman-zaman müxtəlif maliyyə maxinasiyalarında, rüşvət və korrupsiya cinayətlərində hallanır”.

Bu fikirləri ABŞ başda olmaqla, Qərbin bir sıra dövlətlərinin, o cümlədən, USAID və başqa təşkilatların Azərbaycana yönəlik qərəzli addımlarına qətiyyətli qarşılıq verilməsinin vacibliyini vurğulayan Jurnalist Araşdırmalar Mərkəzinin (JAM) sədri Seymur Verdizadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, USAID və onunla eyni mövqeni paylaşan təşkilatların Azərbaycanda fəaliyyət göstərmələri məsələsinə yenidən baxılması artıq aktual məsələ kimi gündəmə gəlib:

“1993-cü ildə bir dəst paltarla Cəbrayıl rayonundan məcburi köçkün düşdük. Sağ-salamat qurtulanlar içimizdə ən şanslı olanlar idi. Yüzlərlə insan Arazın sularına qərq oldu. Ailəm, əzizlərim, qohumlarım, həmyerlilərim 30 ildən çoxdur ki, olmazın əzab-əziyyətlərinə, məşəqqətlərə düçar olublar.

Minlərlə insan ilan mələyən çöllərdə yaşamaq məcburiyyətində qalıb. Qatarlarda, çadırlarda yüzlərlə insan ömrünü başa vurub. Acıqlı ilanlar zavallı insanlara hücum edirdilər. Yayda günvurmadan, qışda soyuqdan dünyasını dəyişənlər çox oldu.

Bu uzun illər ərzində heç vaxt ABŞ-dan, Fransadan və dünyanın digər böyük ölkələrindən maddi və mənəvi dəstək görmədik. Sadalanan dövlətlər heç vaxt öz yurd-yuvalarından didərgin düşən insanlara yardım əlini uzatmadılar.

Ancaq bizimlə müqayisədə ermənilər çox şanslıdır. Çünki biz məcburi, onlar isə könüllü köçdülər. Hətta çoxusu zəruri əşyalarını belə özləri ilə aparmağa macal tapmışdı. Əksəriyyəti xaricdən sığınacaq yardımı belə ala bilib.

Buna rəğmən, onlara hər cür maddi yardım göstərilir. Bu riyakarlıq və ikili siyasət, insan hüquq və azadlıqlarına tüpürmək, özünü demokratik adlandıran ölkələrin iç üzünü ortaya çıxaran əyani sübutdur.

Bu otuz ildə Azərbaycana münasibətdə ədalətli, obyektiv davranmayan ABŞ və nəzərdə tutduğum ölkələr işğala son qoyulduqdan sonra da absurd erməni təəssübkeşliyindən əl çəkmirlər.

Həm də burada söhbət sadəcə, əsassız dini-siyasi təəssübkeşlikdən getmir. Təsəvvür edin ki, Azərbaycanı hədəfə alan ABŞ rəsmiləri ilə USAID və başqa qərəzli qurumların təmsilçilərinin adları zaman-zaman müxtəlif maliyyə maxinasiyalarında, rüşvət və korrupsiya cinayətlərində hallanır.

Başdan-ayağa çirkaba bulaşanların Azərbaycanı ittiham etməyə, öz aləmlərində bizə yol göstərməyə mənəvi haqları ola bilərmi? Əlbəttə, yox! Fikrimcə, Azərbaycan hökuməti ABŞ və Qərbin digər dövlətlərindən gələn təzyiqləri dəf etmək üçün qətiyyətli davranmalıdır.

Eyni zamanda, USAID və onunla eyni mövqeni paylaşan təşkilatların Azərbaycanda fəaliyyət göstərmələri məsələsinə yenidən baxılması artıq aktual məsələ kimi gündəmə gəlib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv