!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycan İcması BMT Komitəsinə Ermənistanla bağlı hesabat təqdim etdi

!Reklam – Yazi

Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Sözçüsü Ülviyyə Zülfiqar məlumat verib.

Sözçü bildirib ki, Komitənin 74-cü sessiyasında (25 sentyabr 2023-cü il – 13 oktyabr 2023-cü il) baxılmaq üçün təqdim olunmuş hesabatda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların Pakt ilə qorunan hüquqlarının sistematik şəkildə pozulması halları barədə məlumat verilir. Hesabat Ermənistanın sözügedən Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozduğunu vurğulayır və Komitəni insan hüquqlarının pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırır.

Ülviyyə Zülfiqar qeyd edib ki, Qərbi Azərbaycan İcması hesabatda Ermənistan hökumətindən qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətlə qayıtmasını, onların reinteqrasiyasını, qayıtdıqdan sonra onların orada hüquq və təhlükəsizliyini təmin etməyi, Azərbaycan mədəni irsinə vurduğu zərərin beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsinə imkan yaratmağı və onu bərpa etməyi, azərbaycanlılara məxsus əmlakı geri qaytarmağı və Paktdan irəli gələn digər öhdəliklərinə əməl etməyi tələb edir.

Sözçü vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun bərpa edilməsi istiqamətində beynəlxalq konvensiyalar çərçivəsində səylərini davam etdirəcək.

Qərbi Azərbaycan İcması Estoniya Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar bildirir ki, Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur. Estoniya öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı, onları qanunsuz olaraq vətəndaşlıqdan məhrum etməməli və inteqrasiya məqsədilə həmin icma ilə dialoq aparmalıdır.

Qərbi Azərbaycan İcması olaraq, Litvanın xarici işlər nazirinin bəyanatını qətiyyətlə rədd edirik.

İlk öncə vurğulamaq istərdik ki, Litvanın Azərbaycanın daxili işlərinə müdaxilə etməyə heç bir haqqı yoxdur. Hər bir ölkə açıqlamalarında məsuliyyətli olmalı, özünü gülünc vəziyyətə salmamalıdır.

Litva xüsusən Vətən müharibəsindən bəri davamlı olaraq anti-Azərbaycan mövqeyi sərgiləyir. Bir neçə il öncə Litva diplomatlarının Ermənistan-Azərbaycan münaqişəsində məhz xristian olduqları üçün erməniləri dəstəkləməyin vacib olması barədə internetdə yayılmış səs yazıları Litva diplomatiyası üçün utanc olmalıdır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğalının, öz ərazisindən və vaxtilə işğal edilmiş ərazilərdən yüz minlərlə azərbaycanlını qovmasının Litva tərəfindən nə üçün heç vaxt pislənilməməsinin əsl səbəblərini aydın izah edir.

Litva öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı və inteqrasiya məqsədilə onlarla dialoq aparmalıdır.

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv