!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycan məsələsi və YERSİZ ÖZFƏALİYYƏT: “Bu yöndə koordinasiyalı fəaliyyətin olmaması...”

!Reklam – Yazi

“Biz yalnız ermənilər Azərbaycan əleyhinə hansısa istiqamətdə hərəkətə keçəndə, onun qarşısını almağa çalışırıq”.

Bu fikirləri Qərbi Azərbaycan məsələsi ətrafında arzuedilməz vəziyyətin yaranma səbəblərindən bəhs edən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Qərbi Azərbaycan məsələsi ətrafında özfəaliyyətlə məşğul olunması çox mənfi haldır:

“Bu, həqiqətən, maraqlı və aktual məsələ olduğu üçün bu barədə fikirlərimə bir qədər geridən başlamaq istəyirəm. Öncə onu qeyd edim ki, Qərbi Azərbaycan mövzusu son beş-on ilin yox, azı bir əsrdən artıq tarixi olan bir məsələdir. Eyni zamanda, Naxçıvanın Ermənistan tərəfindən on illərdir, blokadada saxlandığını beynəlxalq müstəviyə çıxarmadığımız kimi, bu işdə də hadisələrin arxasınca gedirik.

Yəni biz yalnız ermənilər Azərbaycan əleyhinə hansısa istiqamətdə hərəkətə keçəndə, onun qarşısını almağa çalışırıq. İndi artıq biz də Naxçıvanın blokadada saxlanmasını və Qərbi Azərbaycan məsələsini beynəlxalq müstəviyə çıxarmışıq. Lakin bunu daha əvvəl, hətta 44 günlük müharibədən çox öncə etməliydik.

Qərbi Azərbaycan məsələsi ətrafında özfəaliyyətlə məşğul olanlara gəldikdə isə əlbəttə, bu çox mənfi haldır. Hər halda, xaricdə də Azərbaycan dövlətinin daxilində bu məsələyə müxtəlif yanaşmaların olduğunu görürlər və bu vəziyyət onlarda neqativ rəy, həmçinin qeyri-ciddi təəssürat formalaşdırır.

O baxımdan, Qərbi Azərbaycan məsələsi qaldırılmazdan əvvəl gərək ciddi işlər aparılardı, onun strategiyası müəyyən olunardı və uyğun kommunikasiya vasitələri seçilərdi. Eyni zamanda, bu fəaliyyətin həyata keçirilməsində faydalı olacaq insanları bir araya gətirmək və koordinasiyalı qaydada bu işlərə başlamaq olardı. Bu edilmədiyi üçün təsadüfi və o məsələdə müəyyən maraqları olan şəxslər ön plana çıxaraq öz oyunlarını oynamağa cəhd göstərirlər. Nəticədə isə belə arzuedilməz vəziyyət yaranır”.

A.Zeynalov

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv