!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycan üçün AÇIQ İDDİA: “Qarşı tərəfin müqavimətinə baxmayaraq...”

!Reklam – Yazi

“Oradan zorla köçürülmüş soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmaları üçün hərəkətə keçmək zəruridir”.

Bu fikirləri ermənilərin Qarabağda öz yaşamlarını davam etdirmələri fonunda rəsmi Bakının Qərbi Azərbaycandan olan soydaşlarımızın ata yurdlarına geri qaytarılması imkanlarını dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

 

Partiya sədrinin fikrincə, Qərbi Azərbaycandakı torpaqlarımza açıq formada iddia etməliyik:

“Ermənilər Qarabağdan öz xoşları ilə gedirlər, onları heç kim buna məcbur etmir. Azərbaycan dövləti onların geri qayıtmalarına cəhd göstərsə də, məncə, həmin ermənilərin təkrar o ərazilərə dönmələri real görünmür.

Digər tərəfdən, Qarabağdan Ermənistana yollanan ermənilərin çoxu o torpaqlara yad adamlardır. Yəni işğal dönəmində Livan, Suriya, Ermənistan və başqa ölkələrdən gələrək orada məskunlaşdırılanlardır. Həm də onların əksəriyyətinin əli bu və ya digər formada Azərbaycan xalqının qanına batıb.

Bildiyiniz kimi, azərbaycanlılar vaxtilə dünyanın gözü önündə Ermənistandan qovuldular, öldürüldülər, onların evləri-eşikləri dağıdıldı. Qarabağda da soydaşlarımıza qarşı daha ağır cinayətlərə yol verildi, yüzlərlə dinc insanın vəhşicəsinə qətlə yetirildiyi Xocalı Soyqırımı törədildi. Təəssüf ki, o zaman dünya ikili standartlara sadiq qalaraq bu faciələrimizə göz yumdu.

Bundan sonrakı mərhələdə Qərbi Azərbaycandakı torpaqlarımza açıq formada iddia etməliyik. Eyni zamanda, oradan zorla köçürülmüş soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmaları üçün hərəkətə keçmək zəruridir. Qarşı tərəfin bu prosesə yönəlik müqavimətinə baxmayaraq, o istiqamətdə mübarizə aparmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv