!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq - Türk Dünyası Sammiti başlayır

!Reklam – Yazi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçiriləcək.

May ayının 18-də “Bentley Hotel”də təşkil olunacaq Sammitə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət adamları, millət vəkilləri, elm və ictimaiyyət xadimləri qatılacaqlar.

Rəsmi açılış və iki paneldən ibarət olan Sammitdə Qərbi Azərbaycana qayıdışın Türk Dünyasına Yansıması, Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlmiş mövcud strategiya və mexanizmlər mövzuları müzakirə olunacaq.

Sammit sonunda beynəlxalq ictimaiyyətə çağırış ediləcək və Türk Dünyası Sammitinin yekunlarına dair bəyanat səsləndiriləcək.

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv