!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda elmi konfrans keçirildi - FOTOLAR

!Reklam – Yazi

Oktyabrın 20-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların artmasına, elmi ictimaiyyətin aktivləşməsinə, Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhfə vermək, əldə olunan elmi nəticələrin işıqlandırılması ilə yerli və xarici ictimaiyyəti məlumatlandırmaq olub.

Konfransın təşkilat komitəsinə göndərilmiş məqalələr “Qərbi Azərbaycan – Azərbaycan türkünün əzəli yurd yeridir”, “Qərbi Azərbaycan ərazisində türk-müsəlman abidələrinə qarşı erməni vandalizmi”, “İrəvan – Qərbi Azərbaycanın ən böyük şəhərinin faciəli taleyi”, “Qərbi Azərbaycan mədəniyyəti”, “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”, “Qərbi Azərbaycan ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsi” mövzularını əhatə edib.

Plenar iclasda konfransın bölmələrinin işi və alınan nəticələr müzakirə edilib, məruzələr dinlənilib. Konfransın əsas nəticələrindən biri də o olacaq ki, hazırlanan nəşr məhsulları vasitəsilə maarifləndirmə işi davamlı olacaq, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində təşəbbüslər artacaq. Layihə çərçivəsində “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda hazırlanan elmi məqalələr toplusu konfrans iştirakçılarına paylanılıb.

Konfransın işində Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, müxtəlif elmi müəssisələrin rəhbərləri, rəsmi şəxslər, ictimai birlik rəhbərləri, tədqiqatçılar iştirak edib və məruzələrlə çıxış ediblər.

Tədbirdə “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildiriblər.

www.yenicag.az

68
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv